Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
Sfera.az xəbər verir ki, dövlət başçısı dəvətini oktyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən çatdırıb.
"Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş edib", - nazirlikdən bildirilib.