Makron bilmədən ETİRAF ETDİ: “Fransa işğalçıdır”

Siyasət 04 Oktyabr 2021 | 13:05
OXUNUB: 982
"Hər zaman Türkiyəyə düşmən gözü ilə baxan Fransa prezidenti Emmanuel Makron yenə də Türkiyəyə qarşı sərsəm bəyanatlar və iddialar səsləndirib”.
 
Sfera.az bildirir ki, bunu politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Makron bu dəfə Əlcəzair məsələsinə toxunub:

"Fransa prezidenti "Türklərin daha öncə Əlcəzairdə oynadıqları rolu və hakimiyyətlərini unutturma qabiliyyətinə heyranam. Sadəcə bizim sömürgəci olduğumuzu deyirlər və əlcəzairlilər buna inanırlar. Fransız sömürgəçiliyindən öncə Əlcəzairdə dövlət var idimi?", - deyə açıqlama verib. Makronun bu çıxışı hər məsələni demək olar ki, açıqlığı ilə ortaya qoymuş oldu”.

Politoloq qeyd edib ki, bununla, Fransa işğalçı olduğunu qəbul edib:

"Eyni zamanda Osmanlının uzun müddətli hakimiyyətinə baxmayaraq, Əlcəzairdə Fransa kimi işğalçılıq siyasətini aparmadığını demiş oldu - Osmanlı Fransa kimi girən zaman da, çıxan zaman da Əlcəzairə qarşı kütləvi soyqırım həyata keçirməyib. Nəhayət, Makron özü də bilmədən etiraf etmiş oldu ki, onlar girdikləri yerlərdə işğalçılıq siyasəti aparıblar”.

Qeyd edək ki, Əlcəzair 1961-ci ildə müstəqil olub. Burada fransızların törətdiyi qətillər nəticəsində 1 milyondan artıq insan həyatını itirib.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man