Azərbaycanla Türkiyə daha bir memorandum imzaladı

Siyasət 25 Sentyabr 2021 | 21:00
OXUNUB: 1782
"Gənclər və idman naziri kimi Türkiyəyə ilk səfərimdir. Bir neçə gün əvvəl Özbəkistanda keçirilən Türk Şurasının İdman Nazirlərinin Görüşündə türkiyəli həmkarımla yenidən bir araya gəldik və memorandum imzalandı. Burada da bir neçə görüşümüz oldu. Bu görüşlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi”.

Sfera.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən "Texnofest” Festivalını ziyarət edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Azərbaycanda 30-dan çox Gənclik evinin fəaliyyət göstərdiyini deyən nazir qeyd edib ki, bu evlərin daha da fəal işləməsi üçün danışıqlar aparılır:

"Bununla əlaqədar bir sıra planlar var. Gənclik və İdman Nazirliyi nəzdində müəyyən şöbələr bu evlərlə işləyir və onların fəaliyyəti yenidən təhlil edilir. Pandemiya ilə əlaqədar uzun zaman bağlı qalan, xüsusilə regionlardaki Gənclik evlərinin bundan sonra daha aktiv fəaliyyət göstərəcəyi gözlənilir”.

Nazir festivaldakı Azərbaycan stendinə baxış keçirib, burada iştirak edən gənclərimizlə görüşüb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man