Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM

Siyasət 23 Sentyabr 2021 | 16:06
OXUNUB: 2976
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.

Sfera.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, komissiyanın tərkibinə "Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri də daxil edilib.

Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovdur.


 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man