"Dünən baş verənlər Putinin ciddi planlarından xəbər verir" - AÇIQLAMA

Siyasət 20 Sentyabr 2021 | 14:54
OXUNUB: 777
"Rusiyada dünənki Duma seçkiləri postsovet dövrünün ən saxta seçkiləri oldu”
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. Onun sözlərinə görə, seçki ərəfəsində rejim sistem xaricindəki müxalifətin üstündən buldozer kimi keçdi:

"Navalnıya yaxın, ona nə vaxtsa salam vermiş şəxslər, eləcə də onların təşkilatları, nəinki, kampaniyada iştiraka buraxılmadı, hətta ekstremist və qanundankənar elan olundu. Bu da yetmədi, rahat-rahat lazımi nəticələri "yazmaq" üçün icad olunmuş 3 günlük səsvermə ərzində total saxtalaşdırmalar aparıldı.

Xalqı yoxsulluğa məhkum etmiş "Vahid Rusiya" guya proporsional sistem üzrə 50%, 225 majoritar dairədə isə 198 yer qazanıb. Halbuki seçki ərəfəsində hətta hakimiyyətə yaxın sosioloji tədqiqat mərkəzi FOM tərəfindən keçirilən sorğuda hakim partiyanın reytinqi 27% idi”.

Ekspert qeyd edib ki,  "Vahid Rusiya" üçün yenidən konstitusion çoxluq yaradılması Putinin ciddi planlarından xəbər verir:

"Çünki repressiyaya əl atmadan və seçkini qismən abırlı keçirərək sadə çoxluqla da kifayətlənmək olardı. Dumadakı sistemdaxili müxalifətin demək olar ki, hər məsələdə hökumətə dəstək verməsini də nəzərə alsaq, Kreml üçün komfort şərait davam edəcəkdi. Deməli, çox vacib mətləblər var ki, bu səbəbdən Züqanov, Jirinovski, Mironov kimi cib müxalifəti liderlərinə də sonadək güvənə bilmirlər”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man