"Həmsədrlərə yenidən qapı göstərmək lazımdır" - AÇIQLAMA

Siyasət 14 Sentyabr 2021 | 14:29
OXUNUB: 1155
"Azərbaycan 10 noyabr bəyanatında göstərilən müddəaların bəzilərinin yerinə yetirilməsini tələb etmək siyasətinə başlamalıdır”.
 
Sfera.az bildirir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib. 

Ekspert qeyd edib ki, erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ bölgəsindən çıxarsa, qaçqınlarımız keçmiş Dağlıq Qarabağa qayıdarsa və dövlət strukturlarımızın fəaliyyəti bərpa olarsa, o zaman  ATƏT-in Minsk Qrupu ilə nəzakət xətrinə görüş keçirmək olar:

"İndi isə tək-tək gələn, sonra yenidən nəticəsiz danışıqlara başlayıb zamanı uzatmağa çalışan həmsədrlərə yenidən qapı göstərmək lazımdır. Onların yeni situasiyaya uyğun yeni təklifləri yoxdur”.

İ.İsmayıl Azərbaycanın ərazi bütövlüyünü tam təmin etmək üçün yeni siyasi addımlar atmalı olduğunu vurğulayıb:

"Əks halda ermənilərin tərəfində dayanan Minsk Qrupu həmsədrləri təzyiqlərini artıracaq”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man