Prezident FƏRMAN İMZALADI

Siyasət 09 Avqust 2021 | 14:35
OXUNUB: 1505
"Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli fərmanında dəyişiklik edilib. 

SFera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işləri Koordinasiya Şurasının Katibliyi həyata keçirir. Katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

Dəyişikliyə qədər Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilirdi.

Bundan başqa, dəyişikliyə əsasən, Koordinasiya Şurasının sədri vəzifəsini nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri icra edəcək. Buna qədər bu vəzifəni iqtisadiyyat naziri icra edirdi.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man