Rusiya üzünü niyə Qoşulmama Hərəkatına tutub? – Səbəb

Siyasət 15 İyul 2021 | 15:05
OXUNUB: 850
"Rusiya bundan sonra Qoşulmama Hərəkatında müşahidəçi qismində iştirak edəcək. Yəni, o bu hərəkatda konkret üzv ölkə kimi iştirak etməyəcək. Ona görə ki, Rusiya hərbi blokun üzvüdür. Hərbi blok üzvü isə heç bir zaman Qoşulmama Hərəkatının üzvü ola bilməz”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Qoşulmama Hərəkatına müşahidəçi statusla qəbul edilməsində Moskvanın hansı məqsədlər güddüyündən danışarkən, politoloq Natiq Miri deyib:

"Bilirsiniz ki, 44 günlük Qarabağ savaşı məsələsində Rusiyanın da maraqlı olduğu konkret qətnamə BMT-nin Təhlükəsizlik Şurasında məhz Qoşulmama Hərəkatına üzv dövlətlərin səsverməsi və iradəsi nəticəsində baş tutmadı. Yəni, belə bir qətnaməni keçirmək mümkün olmadı. Bu gücü görən Rusiya ona görə də belə bir böyük təşkilata "burnunu soxmaqla”, əslində orada özü üçün təsir imkanları yaratmaq istəyir”. 
 
Lakin həmsöhbətimiz Rusiyanın bu istəyə nail olacağını zənn etmir: "Buna nail olmayacaq. Çünki Rusiya o qədər də cəlbedici ölkə deyil. Digər bölgələrdə olduğu kimi Rusiyanın Qoşulmama Hərəkatı üzvlərinə dağıdıcı hərbi güclə təsir etməsi mümkün deyil. Bunu yalnız yumşaq güclə etmək mümkündür. Amma Rusiya bu gün həmin imkanlardan məhrumdur”.
 
Rüfət SULTAN
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man