İranın Azərbaycandakı səfiri: “Ağdam Xirosimaya bənzədilir, bu, həqiqətdir”

Siyasət 13 İyun 2021 | 17:30
OXUNUB: 3058
"Mən çox təəssüf edirəm ki, bu cür cənnət yerlər viranəyə çevrilib”.
 
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Ağdamda səfərdə olan İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi bildirib.
 
Səfir deyib ki, Ağdamda hər şey dağıdılıb: "Ağdam hazırda Xirosimaya bənzədilir, bu, həqiqətdir. Arzulayıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam yenidən qurulsun, gözəl binalar tikilsin. İran da bu ərazilərdə abadlıq işlərində iştirak etməkdə maraqlı olduğunu bəyan edib”.

S. A. Musəvi qeyd edib ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, İran-Azərbaycan sərhədi dostluq sərhədidir: "İnşaallah, Azərbaycan və İran əl-ələ verərək bu torpaqları abad edəcək”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man