Ermənistanda seçkilər təxirə salına bilər? - Açıqlama

Siyasət 25 May 2021 | 10:54
OXUNUB: 2044
"Ermənistanda seçkilərin təxirə salınması ehtimalını ciddi qəbul etmək mümkün deyil”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O qeyd edib ki, 17 müxalifət partiyası birlikdə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa və ya onun qərarını dəyişməyə nail ola bilməyib:

"Maariflənmiş Ermənistan”  partiyasının lideri Edmon Marukyanın partiyanın qurultayında Ermənistanda iyunun 20-nə nəzərdə tutulmuş  növbədənkənar parlament seçkisinin ləğv olunması haqqında çağırışına digər partiyaların qoşulacağı gözlənilən deyil. Marukyan öz iddialarını Azərbaycan qoşunlarının Ermənistan ərazisində olması ilə əlaqələndirir və hesab edir ki, digər ölkənin qoşunları olan ölkədə seçki keçirmək düzgün deyil.
 
O, hələ də köhnə təfəkkürlə Azərbaycan torpaqlarını Ermənistan torpaqları saymaqda davam edir. Başa düşmür ki, vəziyyətin real qiymətini verməyin vaxtı çatıb. Digər ölkənin qoşunlarına gəlincə, bu iddia da Rusiya qoşunlarına aid olmalıdır. 30 ildir ki, 10 min rus qoşunu Ermənistandadır və bu, orada  dəfələrlə müxtəlif səviyyəli seçkilərin keçirilməsinə mane olmayıb. Təkcə bir partiyanın bu sahədə cəhdinin bir nəticə verə biləcəyi absurddur”.

Müsahibimizin sözlərinə görə,  Marukyan bu bəyanatı verməklə heç də seçkilərin təxirə salınması haqqında ciddi düşünmür: "O, belə bəyanatlar verməklə yalnız seçkilərdən sonra Paşinyanın quracağı hökumətdə daha geniş səlahiyyətlər alamağa cəhd edir. Hipotetik olaraq seçkilərin ləğv edilməsinin Azərbaycana nə kimi təsir edəcəyi də maraq doğura bilər. İkinci Qarabağ müharibəsindən  sonra Ermənistanda baş verən  hadisələrin Azərbaycanda ciddi təsir buraxacağı vaxtlar artıq geridə qalıb. Orada baş verən proseslər yalnız və yalnız erməniləri narahat etməli və onları düşündürməlidir. Siyasi çəkişmələr bu dövləti daha da quyunun dərinliklərinə sürükləyir.

Azərbaycan indi Ermənistanda baş verən hadisələri idarə etmək səviyyəsinə qədər yüksəlib və yeri gəldikcə bu istiqamətdə öz imkanlarından istifadə edir. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi,  Azərbaycan regionda gedən proseslərin sadəcə tamaşaçısı deyil, aktiv oyunçusudur”.
 
Günay Rəsulqızı
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man