Allahşükür Paşazadə Qazaxıstan səfirini qəbul etdi

Siyasət 18 Mart 2021 | 21:11
OXUNUB: 2483
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovu qəbul edib.

Sfera.az-ın Qazaxıstanın Azərbaycandakı səfirliyinə istindən verdiyi xəbərə görə, görüşdə dinlərarası əməkdaşlıq, dinlər və mədəniyyətlər arası dialoq ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dünya və Ənənəvi Dini Liderlərin Qurultayının işinin müzakirəsi zamanı A.Paşazadə Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası N.A.Nazarbayevin bu beynəlxalq forumun təsisindəki vacib rolunu qeyd edib.

S.Abdıkarimov beynəlxalq təhlükəsizliyin zəifləməsi, ekstremizm və beynəlxalq terrorizmin vüsət alması, mənəvi-əxlaqi dəyərlərin dəyərsizləşməsi fonunda dünya ictimaiyyətinin birləşməsində Qurultayın və dini liderlərin rolunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Azərbaycan və Qazaxıstan xalqları arasında münasibətlərin qardaş xarakterini qeyd edib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man