“Azərbaycanla çiyin-çiyinə durmağa davam edirik” - Bağdad Amreyev

Siyasət 25 Fevral 2021 | 22:45
OXUNUB: 2256
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev məlumat yayıb.

Sfera.az xəbər verir ki, məlumatda 29 il əvvəl Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda bir gecədə yaşlı, qadın, uşaq və körpələrin də olduğu günahsız insanların qətlə yetirildiyi bildirilib.

Qeyd edilib ki, bu məlum hadisə zamanı minlərlə insan yaralanıb və girov götürülüb, Xocalı qəsəbəsi tamamilə yox edilib:

"Bütün dünyanın da şahid olduğu kimi, ədalət öz yerini tutdu və qardaş Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi uğrunda qanuni mübarizəsi zəfərlə nəticələndi. Bu zəfər bütün türk dünyası üçün bir qürur və sevinc qaynağına çevrilib. Şübhəsiz ki, Xocalının acı dolu xatirəsi ilk günkü kimi azərbaycanlı qardaşlarımızın qəlbində yaşayır. Bu vəsilə ilə Türk Şurası olaraq biz də Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqı və dövlətinə baş sağlığı diləyir və türk dünyası olaraq Azərbaycanla çiyin-çiyinə durmağa davam edirik”.


 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man