XİN: Bütün məsələlər tərəflər arasında işgüzar qaydada həll oluna bilər

Siyasət 16 Dekabr 2020 | 19:04
OXUNUB: 3979
"Dağlıq Qarabağla bağlı verilən bütün bəyanatlar başlıca məqsədə nail olmaq niyyəti daşımalıdır”.
 
Sfera.az-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, həm münaqişə tərəflərinin, həm də regional və regiondan kənar oyunçuların Dağlıq Qarabağla bağlı verdiyi bütün bəyanatların əsas vəzifənin həlli, məhz uzunmüddətli sülh və tamformatlı nizamlanma məqsədi daşımalı olduğunu söyləyib.

"O ki, qaldı Rusiya sülhməramlılarının səlahiyyətlərinə, konkret detallara, yerdəki vəziyyətə, funksional öhdəliklərə, cavabdeh zonalara, bütün bu məsələlər tərəflər arasında işgüzar qaydada həll oluna bilər və həll olunmalıdır. Biz Bakı və İrəvanla mövcud bütün kanallarla dialoq aparırıq. Ona görə də tərəflərdə meydana çıxan sualları mənə elə gəlir ki, bu əsasda həll etmək lazımdır”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb. (Apa)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man