Zaxarovadan Zəfər paradı və Qarabağ açıqlaması

Siyasət 10 Dekabr 2020 | 23:51
OXUNUB: 2660
Bölgədəki vəziyyətin sülh yolu ilə yenidən qurulmasına, hərbi əməliyyatların dayandırılmasına, tərəflərin danışıqlar masasına gətirilməsinə və qaçqınların geri qayıtması üçün ən mürəkkəb proseslərin başladılmasına, infrastrukturun bərpasına, həyatın normallaşdırılması üçün ilkin şərt və şəraitin yaradılmasına çox səylər göstərildi.

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bugünkü mətbuat konfransında deyib.

"Bu, çox zəhmət tələb edən bir işdir, siyasi bəyanatlar məhz bu prosesləri asanlaşdırmalıdır. Buna çox səy sərf edildi və çox sayda qurban verildi və heç bir siyasi bəyanat bunları ləğv etməməlidir”, - Zaxarova bildirib.

Qeyd edək ki, Zaxarova bu ümumi pozitiv mövqeyini erməni jurnalistin bu gün Bakıda keçirilən paraddan sonra Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın "hərbi açıqlamaları” haqda sualını cavablandırarkən deyib.

Maraqlıdır ki, jurnalist hansı "hərbi açıqlamalar” olduğunu izah etməyib. Çünki Bakıda Prezident Ərdoğan regional əməkdaşlıqdan danışarkən, Ermənistanın qonşuları ilə normal siyasi əlaqələr qurmaq istəyəcəyi təqdirdə "altılı layihə”nin (Rusiya, Azərbaycan, İran, Gürcüstan, Türkiyə və Ermənistan) mümkünlüyünü də elan etdi.

Erməni təbliğat maşınının erməni xalqı buna hazırlamaq niyyətində olmadığı aşkar görünür.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man