Ceyhun Bayramov italiyalı nazirlə Qarabağı müzakirə etdi

Siyasət 27 Noyabr 2020 | 09:35
OXUNUB: 1672
Dünən Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən, 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man