Ermənistanda hərbi vəziyyət rejimi qüvvədə qaldı

Siyasət 26 Noyabr 2020 | 20:57
OXUNUB: 2925
Ermənistan parlamenti növbədənkənar iclasında ölkədəki hərbi vəziyyəti ləğv etməyib.

Sfera.az yerli KİV-ə istinadən xəbər verir ki, Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların başladığı 27 sentyabr tarixində tətbiq edilmiş hərbi vəziyyətə xitam vermək barədə müxalifətdəki Parlaq Ermənistan və Firavan Ermənistan partiyalarının nümayəndələri təşəbbüs irəli sürüblər, lakin iqtidardakı "Mənim addımım” fraksiyası isə buna qarşı çıxıb.

Nəticədə həmin təşəbbüs 36 səsə qarşı 56 səslə rədd edilib, iki nəfər isə bitərəf qalıb. Hərbi vəziyyətə xitam vermək məsələsi baş nazir Nikol Paşinyanın istefasına nail olmaq səylərindən sonra irəli sürülüb. Belə ki, müxalifət N.Paşinyanı Qarabağdakı qarşıdurmanı dayandırmaq barədə sənədi imzalamaqla Ermənistanın mənafeyini qorumamaqda ittiham edir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man