Türkiyə ordusu İraq və Suriyada bir neçə terrorçunu məhv edib

Siyasət 22 Noyabr 2020 | 21:30
OXUNUB: 2513
 Türkiyə hərbçiləri İraqın şimalında iki, Suriyanın şimalında isə daha dörd terrorçunu zərərsizləşdirib.

Sfera.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Terror aktı planlaşdıran iki PKK terrorçusu İraqın şimalındakı Avaşin ərazisində zərərsizləşdirilib. "Barış pınarı" əməliyyatının keçirilməsinin zonasına girməyə çalışan YPG-nin (PKK terror təşkilatının Suriya qanadı-red) dörd silahlısı zərərsizləşdirilib", - Türkiyənin müdafiə idarəsində bildirilib.

Qeyd edək ki, PKK terrorçuları illərdir Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün qanlı terror aktları təşkil edirlər.

ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil edib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man