“ Azərbaycanı dəstəkləməyimiz barədə prinsipal razılaşmamız var”

Siyasət 21 Noyabr 2020 | 19:30
OXUNUB: 2687
"Türkiyə bu regionda real faktordur".

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

"Türkiyənin bu regiondakı rolu haqqında Rusiya Prezidenti Dağlıq Qarabağla bağlı 17 noyabr tarixli müsahibəsində ətraflı danışıb. Türkiyə bu regionda real faktordur, özü də təkcə bu regionda yox. Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır. Əlbəttə ki, suveren Azərbaycanın xarici siyasət tərəfdaşını seçmək hüququ var, necə ki, Ermənistan da özünü xarici siyasət tərəfdaşlarını seçir. Bizim Türkiyə ilə Azərbaycan ərazisində Rusiya-Türkiyə  birgə monitorinq mərkəzinin yaradılmasından ötrü Azərbaycanı dəstəkləməyimiz barədə prinsipal razılaşmamız var. Hansı ki, bu mərkəz məsafədən texniki vasitələrlə Dağlıq Qarabağ və ətrafında atəşkəs rejiminə riayət olunmasını izləyəcək. Bu, atəşkəsin dayanıqlılığını təmin edəcək əlavə faktor olacaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man