“Kəlbəcərdən əhali kütləvi şəkildə Ermənistana gedir” - Zaxarova

Siyasət 19 Noyabr 2020 | 13:45
OXUNUB: 1741

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə  Kəlbəcər rayonundan əhalinin kütləvi şəkildə Ermənistana getdiyini bildirib.


Sfera.az xəbər verir ki, o noyabrın 14-dən Dağlıq Qarabağa üç mindən çox insan qayıtdığını deyib: "Onların sayı 3 054 nəfərdir”.

Rusiya XİN-in rəsmisi bildirib ki, noyabrın 13-dən 382 nəfərin meyiti təhvil verilib və bu rəqəm hər iki tərəfi əhatə edir”.


M. Zaxarova ölkəsinin bu istiqamətdə ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırdığını qeyd edib: "Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO kimi təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırırıq. Noyabrın 17-də Rusiya XİN başçısı Sergey Lavrov Moskvada BQKX prezidenti ilə hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsi məsələsini müzakirə edib. Hesab edirik ki, BQXK Dağlıq Qarabağda baş verən humanitar nəticələrin aradan qaldırılmasında vacib rol oynaya bilər”.

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man