Türkiyə parlamentinin üzvləri Tərtər və Bərdəyə səfər ediblər

Siyasət 15 Noyabr 2020 | 16:53
OXUNUB: 5110
 Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Tərtər və Bərdə rayonlarına gəlib.

Sfera.az xəbər verir ki, nümayəndə heyəti cəbhə bölgəsində yerləşən Tərtərin mərkəzi küçələrində və Şıxarx qəsəbəsində Ermənistan silahlı qüvvələrinin top, qrad və raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Nümayəndə heyətinə məlumat verilib ki, döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb.

Türkiyə Böyük Millət Məclisinin hüquq komitəsinin sədri H.Çavuşoğlu bildirib ki, Ermənistan ərazisindən Tərtər rayonu məqsədli şəkildə ballistik raketlər və artilleriya atəşə tutulub. Nəticədə 3 mindən çox mülki obyektə ziyan deyib. 17 nəfər mülki şəxs ölüb.

Həmçinin bildirilib ki, belə müharibə cinayətlərindən biri də Bərdədə törədilib. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş silahlarla atəşə tutulması nəticəsində 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb. Ümumilikdə Bərdə rayonunda 31 nəfər ölüb".

Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin ailə üzvləri də görüşüblər.
 
(trend)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man