Paşinyanın planından xəbərsiz olduğunu etiraf etdi - XİN rəhbəri

Siyasət 14 Noyabr 2020 | 12:05
OXUNUB: 5688
 

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın baş nazir Nikol Paşinyanın imzaladığı bəyanatdan xəbərsiz olduğu məlum olub. 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin "Qraparak” qəzeti yazıb.

"Bu gün bir çox məmur yer altına girib, amma ən qəribəsi XİN rəhbəri Zöhrab Mnatsakanyanın susmasıdır. Çünki bu, hər şeydən əvvəl diplomatiyanın, sonra ordunun məğlubiyyətidir”, - deyə nəşr qeyd edib.

Qəzet daha sonra yazır ki, nazir bu yaxınlarda XİN-in rəhbər şəxslərini toplayaraq Paşinyanın belə bir razılaşma imzalayacağından xəbərsiz olduğunu etiraf edib.

"Razılaşmanın onun üçün gözlənilməz olduğunu söylədi. İclasda iştirak edənlər çox qəzəbləndilər, nazirə inanmadılar və onun qarşısında ciddi ittihamlar səsləndirdilər. Nazir müavinlərindən biri masadan qalxıb getdi. Xarici İşlər Nazirliyinin bu və ya digər şəkildə danışıqlar prosesində iştirak edən işçilərinin əksəriyyəti hadisəni bağışlanmaz hesab edir və Zöhrab Mnatsakanyanın da istefa etməsi lazım olduğunu düşünürlər”, -deyə mətbu orqan qeyd edib. ("Qafqazinfo”)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man