İtaliya XİN Qarabağ anlaşmasını dəstəkləyir

Siyasət 11 Noyabr 2020 | 19:52
OXUNUB: 6235
İtaliya Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanması ilə Dağlıq Qarabağda əldə olunan atəşkəsi məmnunluqla qarşılayır və buna tam əməl olunacağına ümid edir.

Sfera.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Tərəflərin bütün ərazidə sabitliyə və davamlı sülhə şərait yarada biləcəkləri ümidi ilə əldə etdikləri digər razılaşmaları da nəzərə alır. Bu xüsusda, İtaliya bölgə daxilində barışıq üçün zəruri şərt olan, hər bir icmanın ləyaqətinə və bölgənin mədəni və dini plüralizminə hörmət göstərməyin vacibliyini vurğulayır. İtaliya ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, münaqişənin davamlı həlli üçün vacib şərt olan atəşkəsin möhkəmləndirilməsi baxımından həmsədrlərə hər cür dəstəyi təmin edəcək. İtaliya həmçinin Avropa İttifaqı daxilində, Avropa və ölkəmiz üçün o cümlədən əhəmiyyətli bir bağlantı və enerji təchizatı mərkəzi olan bölgənin sabitləşməsinə və inkişafına öz töhfəsini verəcək”, - məlumatda bildirilir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man