“Türkiyənin hərbi nümayəndə heyətinin Azərbaycana səfərinin strateji əhəmiyyəti var” - Deputat

Siyasət 12 Avqust 2020 | 18:00
OXUNUB: 2703
 "Türkiyə bütün hallarda Azərbaycanın yanındadır və həmişə dəstəyini davam etdirəcək”.

Bunu "MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, son dövrlər Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın daha da artan inkişafı müşahidə edilir:

"Birgə təlimlərdən sonra Azərbaycan rəsmiləri Türkiyəyə səfər edib və səfər müddətində iki ölkə arasındakı tərəfdaşlığın genişləndirilməsi məsələsi də müzakirə edilib. Türkiyə Müdafiə nazirinin, Baş qərargah rəisinin Azərbaycana səfəri hərbi əməkdaşlığın yeni mərhələsindən xəbər verir. Bu, birmənalı şəkildə Türkiyənin Azərbaycanla həmrəyliyidir. Ermənistanın Tovuz istiqamətindəki təxribatından sonra rəsmi Ankaranın bu dəstəyi çox vacib idi. Belə əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyət daşıyır”.

Millət vəkili bildirib ki, qarşılıqlı səfərlər Azərbaycana Türkiyənin dəstəyinin nümayişi ilə yanaşı, düşmən ölkələrə də mesajdır: 

"Bu, bir daha təsdiq edir ki, Türkiyə bütün hallarda Azərbaycanın yanındadır və dəstəyini davam etdirəcək. Güman edirəm ki, bu dəstək hər iki ölkə üçün kifayət qədər strateji əhəmiyyət daşıyır. Bu da Azərbaycan Ordusunun peşəkarlığının artırılmasına, hərbi təcrübələrin mübadiləsinə səbəb olur”. 

Qeyd edək ki, bu gün Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş qərargah rəisi ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man