Azərbaycanda eşşək ətinin satışına icazə verilir – Rəsmi açıqlama

Sağlıq 06 Yanvar 2020 | 11:00
OXUNUB: 1659

"Eşşək əti zərərli ət deyil. Bizdə ənənəvi olaraq eşşək ətindən istifadə olunmur”.

Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

AQTA rəsmisinin sözlərinə görə, bəzi hallarda rast gəlinən neqativ hal ondan ibarətdir ki, eşşək, at əti və sairə ətlər öz adı ilə deyil, başqa adlarla təqdim olunur:

"Məsələn, mal əti adı ilə istehlakçılara satılması qanun pozuntusudur. Eşşək əti öz adı ilə müvafiq qaydada müayinələrdən keçsə, mənşəyi bilinsə və satışa təqdim olunsa, istehlak oluna bilər. Eşşək adı ilə at ətinin satılması hallarına bizdə rast gəlinməyib”.

Qalib Əbdüləliyev deyib ki, eşşək ətinin yeyilməsi Azərbaycan üçün xas ənənə deyil: "Dünyanın bir çox ölkələrində eşşək əti mətbəxdə istifadə olunur və qida kimi qəbul edilir”. / azvision.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man