Artıq çəki ürək çatışmazlığından müdafiə edir

Sağlıq 10 Oktyabr 2019 | 21:00
OXUNUB: 1516

Avstraliya alimləri piylənmənin növbəti paradoksunu üzə çıxarıblar: sən demə, artıq çəki ürək çatışmazlığının təhlükəli formasının inkişafından müdafiə edir. Doğrudur, bunu ürək problemləri artıq təsdiq edilmiş insanlar barəsində demək olar.

Ürəyində problemləri olan insanların artıq çəkisi onların həyatına təhlükə yaradan ürək çatışmazlığı riskini azaltmağa kömək edir.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, Adelaida Universiteti tədqiqatçıları belə qənaətə gəliblər.

Alimlər ümumən 375056 adamın iştirakı ilə keçirilən bir sıra tədqiqatların məlumatlarını təhlil ediblər. Onlar ürək-damar sisteminin vəziyyəti ilə bədəndə artıq piy arasında maraqlı əlaqə aşkar ediblər.

Tədqiqat müəllifləri bildiriblər: "Ürək çatışmazlığının şiddətlənməsi ilə əlaqədar ən aşağı ölüm riski bu xəstəlikdən əziyyət çəkən, lakin artıq çəkisi piylənmənin yüngül forması olan insanlar arasında müşahidə olunub".

Eyni zamanda, tədqiqat göstərib ki, ürək-damar sistemi ilə problemləri olmayan kök insanların çəkisinin azalması onların sağlamlıq durumunu yaxşıladırır. Aşkar edilmiş fenomen avstraliyalı mütəxəssislər tərəfindən "piylənmə paradoksu" kimi xarakterizə edilib.

 

Onların sözlərinə görə, bu paradoksu qismən bununla izah etmək olar ki, artıq çəkili insanlar sağlamlıq problemləri ilə bağlı tez-tez həkimə müraciət edirlər. Bu da onların xəstəliyini vaxtında diaqnozlaşdırmağa və dərhal müalicəsinə başlamağa kömək edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man