Daha bir rayonda kütləvi zəhərlənmə olub

Sağlıq 28 Avqust 2019 | 11:07
OXUNUB: 1754

İsmayıllıda kütləvi zəhərlənmə baş verib. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. 

Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini rayonun Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.

Xatırladaq ki, son 1 ayda Azərbaycanda toyda bir neçə zəhərlənmə faktı qeydə alınıb. Avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində toya gələn 89 nəfər,  avqustun 26-ı Ağdaşda sünnət toyunda iştirak edən 10 şəxs, ötən gün isə Şəkinin Çeşməli kəndində toy mərasimindən sonra 21 nəfər zəhərlənərək xəstəxanada müalicə keçib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man