Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. İdarəetməni itirən “Range Rover” markalı minik avtomobili yoldan çıxaraq səkiyə çırpılıb. İlkin məlumata görə, qəzaya hərəkətdə olan “Range Rover”in qarşına qəfil piyadanın çıxması səbəb olub. Sürücü toqquşmadan yayınmaq istəyərkən idarəetməni itirib və qəza baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man