2023-cü ildə Azərbaycanda doğuşa görə ana ölümü 2 dəfə artıb.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Bakı Araşdırmalar İnstitutu (BAİ) yayıb.
Belə ki, ötən il hər 100.000 nəfər diri doğulan uşağa düşən ana ölümü 14.7-dən 29.3-ə yüksəlib. Bu, son 16 ilin ən yüksək göstəricisidir.
Statistikaya görə, 2022-ci ildə 14.7, 2021-ci ildə 17.8, 2020-ci ildə 15.8, 2019-cu ildə 14.9, 2018-ci ildə isə bu nisbət 12.2 olub.
Ötən il şəhər yerlərində bu göstərici 23.9 olub ki, bu da son 2009-u ildən bu günə ən yüksək göstəricidir.
Kənd yerlərində isə statistika 34.4-ə yüksəlib. Bu son 27 ilin ən yüksək göstəricisidir.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man