Bu qidalar sağlamlıq üçün TƏHLÜKƏLİDİR - ADLAR

Sağlıq 18 Oktyabr 2024 | 13:35
OXUNUB: 2699

Sağlam orqanizmə sahib olmaq üçün sağlam və balanslı qidalanmaq lazımdır. Düzgün qidalanma sağlam həyat tərzinin ilkin şərtlərindən biridir. İstehlak etdiyimiz hər şey orqanizmə müxtəlif təsirlər göstərə bilər. Lakin bəzi qidalar sağlamlığa mənfi təsir edir və xəstəlik riskini artırır.

 

Ümumdünya Səhiyyə Təşkilatı 5 milyard insanın bu qidalara görə risk altında olduğunu bildirir. Ona görə də sağlamlığı qorumaq və sağlıqlı həyat sürmək üçün bəzi qidalardan çəkinmək lazımdır. Vitaminlər, minerallar və antioksidantlar immunitet sistemini gücləndirir və xəstəliklərdən qoruyur.

 

Bununla belə, sağlamlıq üçün ciddi riskli ola biləcək bəzi qidalar var. Bu qidaları hər kəsin masasında və mətbəxində tapmaq olar.

 

Orqanizmə zərər verən qidaların siyahısını təqdim edirik:

 

Emal edilmiş qidalar - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kolbasa və buna bənzər işlənmiş ətlərin xərçəngə səbəb olduğunu açıqlayıb. Qurumun dərc etdiyi hesabatda gündə 50 qram işlənmiş ət yeməyin kolon xərçənginə tutulma riskini 18% artırdığı qeyd edilib.

 

Trans yağlar və marqarin - Xüsusilə iri müəssisələrdə istifadə olunan hidrogenləşdirilmiş yağlar, yəni maye yağın xüsusi üsullarla bərkidildiyi yağlar orqanizmə zərər verə bilər. Trans yağlarının zərərləri də son illərdə aktual mövzu olub və Ümumdünya Səhiyyə Təşkilatı bu yağların tamamilə aradan qaldırılması üzərində işləyir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada təqribən 5 milyard insanın ürək xəstəlikləri və ölüm riskinin artmasına səbəb olan zərərli trans yağlarına qarşı müdafiəsiz olduğunu açıqlayıb. ÜST 2018-ci ildə sənaye üsulu ilə istehsal olunan trans yağların qlobal şəkildə ləğv edilməsinə çağırıb.

 

Çoxumuza məlumdur ki, yağlar içərisində marqarin ən zərərlisidir. Marqarinin əvəzinə mümkün qədər təbii bitki yağlarından istifadə etmək daha məsləhətlidir.

 

Ağ şəkər - Şəkər çuğundurundan əldə edilir və fruktoza və qlükozadan ibarətdir. Tərkibində zülal, yağ, vitamin və mineral yoxdur. Əksər dietoloqlar bədənin ağ şəkərə ehtiyac duymadığını iddia edirlər. Yüksək miqdarda ağ şəkər qaraciyərə lazımsız yük verir və bir çox xəstəliklərin yaranma riskini artırır.

 

Ülkər Abdurahmanlı

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man