Uşaqları haldan salan yeni virus hepatitlə əlaqəlidir? - Nazir AÇIQLADI / VİDEO

Sağlıq 28 Aprel 2022 | 22:28
OXUNUB: 1425
Uşaqlar arasında yayılan virus hepatitə bənzədilir, amma bununla bağlı heç bir fakt yoxdur.
 
Bunu səhiyyə naziri Teymur Musayev uşaqlar arasında mənşəyi məlum olmayan virusunun yayılmasına münasibət bildirərkən deyib.
 
Nazir hazırda ölkəmizdə bununla bağlı narahatlığın olmadığını qeyd edib.
 
Teymur Musayev əlavə edib ki, hazırda ölkəmizdə də uşaqlar arasında virus mənşəli xəstəlik yayılıb, amma bunun hepatitlə heç bir əlaqəsi yoxdur.
 
Xatırladaq ki, son günlər uşaqlar arasında virusun yayılması ilə bağlı müraciətlərin sayı artıb. Xəstəxanalara müraciət edən uşaqların böyük əksəriyyətində qusma, ishal və hərarət müşahidə olunur. Bir neçə gün əvvəl Kliniki Tibbi Mərkəzin bununla bağlı yaydığı məlumatda qeyd olunmuşdur ki, uşaqlar arasında yayılan bu xəstəliklər mövsümi xarakter daşıyır və simptomları rotavirusa məxsusdur. Xəstə uşaqlarla təmas nəticəsində sağlam uşaqlar da virusa yoluxur. Maye itkisi olduğuna görə uşaqların vəziyyəti tez bir zamanda ağırlaşa bilər. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır./Xezerxeber/
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man