"Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanların gətirilməsi nəzərdə tutulur”.
Sfera.az-ın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, yeni dərmanların gətirilməsi üçün həkim rəylərini gözləyirlər:
"ABŞ-da və digər ölkələrdə yeni dərmanlar istehsal olunub. Bunun koronavirusun müalicəsinə təsirləri olduğu deyilir. Biz də Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının rəyini gözləyirik. Onlar təsdiqləsələr ki, bu dərmanlar effektivdir, o zaman həmin dərmanlar Azərbaycana da gətiriləcək”.