Həm təhlükə yaradıb, həm də mübahisə edən sürücü cərimə olundu - VİDEO

Nəqliyyat TV 19 Sentyabr 2021 | 14:00
OXUNUB: 501

Bakıda qaydaları kobud şəkildə pozaraq təhlükə yaradan və sonra mübahisə edib özünü haqlı sayan sürücü cərimələndi. Avtosfer.az xəbər verir ki,  yol polisi sürücü Salmanova Səfa Bəxtiyar qızına  İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə protokol tərtib edib.

Xatırladaq ki,  Heydər Əliyev prospektində sağ yoldan əsas yola çıxan 90 VD 724 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı avtomobilin sürücüsü digər avtomobilə yol vermir. Ona təhlükə yaradır. Daha sonra isə sanki acığa düşmüş kimi yol vermədiyi avtomobilin yanı ilə sürərək onunla mübahisə edir. Özünü haqlı çıxarmağa çalışır. Digər sürücü isə ona fikir verməyərək yoluna davam edir. Amma bir neçə dəfə maşını onun yanına sürən "Mitsubishi" sürücüsü yenidən təhlükə yaradır.

Fərid 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man