Pediatr xəbərdarlıq etdi: Bu xəstəliklər artıb, valideynlər diqqətli olsunlar!

Sağlıq 18 Sentyabr 2021 | 12:29
OXUNUB: 979
"Uşaqlar arasında qızdırma, öskürək, qusma və ishal halları yayılıb".
 
Sfera.az xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. Pediatr bu xəstəliklərin bağçalarda yayıldığını qeyd edib:

"Keçən il bu mövsümi viruslar "yatmışdı". Çünki uşaqlar təcrid olunmuşdu. İndi bir tərəfdən də koronavirus təhlükəsi var. Düzdür,  uşaqlar yüngül keçirir bu bəlanı, amma ağır keçirənlər də var. Ona görə də uşaqlar istənilən narahatlıq halında koronavirusa görə müayinə olunmalıdır. Ənənəvi çağırışımızı edib deyirik ki, xəstə uşaqları bağçaya aparmayın".

Pediatr məktəblərin açılması məsələsinə də münasibət bildirərək, siniflərdə sıxlığın aradan qaldırılmasının zəruri olduğunu diqqətə çatdırıb:

"Gələn həftədən məktəblər də açılacaq. Siniflərdə şagird sıxlığının qarşısı alınsa, yaxşı olar. İbtidai sinif şagirdləri uzun müddət maskada otura bilməyəcək. Sinif otaqlarında havanın dəyişdirilməsi, tənəffüs vaxtı uşaqların açıq havada olması da vacib şərtlərdəndir.

Ən əsası xəstə uşaqları məktəbə buraxmayın! Bağça və məktəblərdə tibb personalının işi artacaq. Hamımız məsuliyyətli olsaq yaxşıdır".

Əzizə Zeynal
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man