Koronavirusa qarşı yeni vaksin yaradıldı - KAPSUL ŞƏKLİNDƏ

Sağlıq 22 İyul 2021 | 23:51
OXUNUB: 1798
İsraildə ilk dəfə koronavirusa qarşı kapsul şəklində vaksin hazırlanıb.
 

Sfera.az "The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə "Oramed Pharmaceutical” şirkətinin rəhbəri Nadav Kidron bildirib. O, müvafiq sənədləşmədən və Səhiyyə Nazirliyinin təsdiqindən sonra "Oravax Medical” törəmə müəssisəsi tərəfindən yaxın həftələrdə Təl-Əvivdəki Sourasky Tibb Mərkəzində klinik sınaqlara başlanacağını deyib. 6 həftə davam edəcək sınaqlarda iştirak edəcək 24 könüllünün yarısı bir, digər yarısı isə iki kapsul qəbul edəcək. Könüllülər daha əvvəl başqa peyvəndlərlə aşılanmamış şəxslər olacaqlar.

Şirkət rəhbərinin dediyinə görə, yeni vaksin COVID-19-un variantlarına qarşı da təsirlidir.

Qeyd edək ki, sözügedən vaksinin hazırlanması ilə bağlı bu ilin mart ayında "Oramed” ilə Hindistanın "Premas Biotech” şirkətinin birgə müəssisə yaradacağı elan edilmişdi. // "Report" 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man