Ukraynanın Odessa əyalətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Avtosfer.az xəbərə verir ki, insident Malinovsk rayonunda qeydə alınıb. Bu barədə Milli Polis İdarəsinin əyalət üzrə mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, göyərtəsində 2 nəfərin olduğu təyyarə naməlum səbəblərdən “Ovidiopolsk” avtomobil yoluna düşüb. Qəza nəticəsində 1 nəfər ölüb, 1-i isə xəsarət alıb. Yaralı, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man