Türkiyənin İstanbul şəhərində sürücünün sükan arxasında uzanıb avtomobil idarəetmə görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb. Avtosfer.az “İHA”ya istinadən xəbər verir ki, hadisə D-100 avtomagistralında qeydə alınıb.
Kadrlarda, hərəkətdə olan 34 AN 6375 qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü, əyləşdiyi kreslonun söykəndiyi hissəni tamamilə arxaya yatızdırdığı və əllərini başının altına qoyduğu görülür. Digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ataraq yolda irəliləyən sürücü, avtomobili necə idarə etdiyi isə bir müəmmadır.
Bir müddət bu vəziyyətdə hərəkət edən avtomobil, daha sonra gözdən uzaqlaşıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man