Avtomobillə toqquşan motosikletçi xəstəxanalıq oldu
Yol qəzaları17 İyun 2020 | 12:48
OXUNUB: 893
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib. 1992-ci il təvəllüdlü Məmmədov Qadir Qabil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olan zaman onu minik avtomobili vurub. Həmin avtomobilin sürücüsü ərazidən uzaqlaşıb. Q.Məmmədov sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.