Gecə Bakıda iki maşın toqquşdu; 2 nəfər öldü, yaralananlar var - FOTO

Yol qəzaları 17 İyun 2020 | 12:41
OXUNUB: 1672

Bu gecə Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun qarşısında “BMW” markalı avtomobillə “Renault” markalı avtomobil toqquşub. Qəza nəticəsində “BMW”nin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər isə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

 

 

***

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Qobustan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb. Belə ki "BMW" markalı avtomobillə “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb. İsmayıl Məmmədov və daha bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ölənlərin şəxsiyyəti hələlik bəlli deyil.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man