“Neftçi”nin avtobusu qəzaya düşdü: “Əyləci basmasaydı, ölüm də ola bilərdi” - FOTO/VİDEO

Yol qəzaları 16 İyun 2020 | 23:06
OXUNUB: 1865

“Neftçi” klubunun əsas komandasını daşıyan avtobus qəzaya düşüb.

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki,hadisə Heydər Əliyev prospektində “ASK Arena”ya (köhnə “Şəfa” stadionu) yaxın yerdə baş verib.

Qəza nəticəsində klub avtobusu “Daewoo Gentra” markalı avtomobillə toqquşub.

Məsələ ilə bağlı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevin fikrini öyrəndik.

O da qəza olduğunu gizlətmədi:

“Hadisə komandanın axşam məşqinə getdiyi vaxt baş verib. Bir taksi komandanın avtobusunun qarşısında təhlükəli manevr edib. Belə ki, bizim avtobus yolun sol hissəsində, həmin maşın isə sağ tərəfdə gedirmiş. Bu maşın anidən qarşısındakı avtomobili keçmək üçün yolun sol tərəfinə – bizim avtobusun qarşısına çıxıb.

Həmin an avtobusun ön hissəsi ilə toqquşub. Bu üzdən avtobusumuzun sürücüsü qəfil əyləci basmalı olub. Əyləci basmasaydı, ölüm hadisəsi də ola bilərdi. Şükür Allaha ki, heç kim xəsarət almayıb. Avtobusumuz da ciddi zərər görməyib.

Klubun ikinci avtobusunun orda olmasının səbəbi isə pandemiya ilə bağlıdır. Pandemiyaya görə sosial məsafənin qorunması üçün iki avtobusla məşqlərə gedirik. Həmin ikinci avtobus məcburiyyətdən komandanı məşqlərə aparmalı oldu”.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man