İki YPX əməkdaşını yaralayan sürücü xəstəxanada öldü - VİDEOlar

İctimai nəqliyyat 15 İyun 2020 | 20:20
OXUNUB: 3100

Rusiyanın paytaxtı Moskvada 24 yaşlı İnquşetiya vətəndaşının açdığı atəş nəticəsində iki Yol Patrul Xidmətinin (YPX) əməkdaşı yaralanıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, insident “Lenin” prospektində qeydə alınıb.

Məlumata görə, adı çəkilən prospektdə xidmət aparan iki YPX əməkdaşı, taksi fəaliyyəti göstərən avtomobili saxlayaraq yoxlama aparıblar. Bu əsnada sürücü, 24 yaşlı inquşetiyalı Ratmir Qalaev onlara travmatik tapançadan atəş açmağa başlayıb. Asayiş keşikçiləri tabel silahlarından cinayətkara cavab atəşi açıblar. Nəticədə hər iki polis əməkdaşı və hadisəni törədən şəxs güllə yarası ilə xəstəxanaya çatdırılıblar. Polislərdən birinin vəziyyəti ağırdır.

Bildirilir ki, həkimlərin bütün səylərinə baxmayaraq, 24 yaşlı Ratmir Qalaevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man