Hərbi təyyarə yaşayış evlərinin üzərinə düşdü - FOTO + VİDEO

Yol qəzaları 15 İyun 2020 | 17:09
OXUNUB: 1593

İndoneziyanın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 15-də səhər saatlarında Sumatra adasının Riau əyalətində qeydə alınıb. Bu barədə “Jakarta Post” nəşri məlumat yayıb.

Məlumata görə, Pekanburu şəhərində yerləşən “Rusmin Huriyadin” aviabazasından havaya qalxan “Hawk 209” tipli təyyarə naməlum səbəblərdən Kubanq Djaya kəndində yaşayış evlərinin üzərinə düşüb.

Bildirilir ki, hava gəmisinin pilotu katapult edə bilib.

Təyyarənin qəzaya uğradığı ərazidə xəsarət alanlar və ya ölənlər barədə məlumat verilmir.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man