Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 13-də Bakı şəhər sakini Ş.Muradov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Əfsər Abdullayevi vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyunun 14-də orada ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man