"Sərt karantin rejiminim ikinci həftəsəsində yol polis gücləndirilmiş iş rejimində çalışdı. Bu dəfə qaydaları pozan sürücülərin sayı kifayət qədər az idi. Bu isə polis və vətəndaş münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir." Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, yol polisi həm şəhər ərazisində yaradılmış postlarda, həm də ümumilikdə küçə və prospektlərdə xidmət aparır. "Ötən həftə ilə müqayisədə karantin qaydalarını pozan şəxslər azdır. Eyni zamanda bütün nəqliyyat vasitələri yol polisləri tərəfindən yoxlanılır. Hər hansı neqativ hal aşkar edildikdə qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir."
Vaqif Əsədov vətəndaşlara müraciət də edib. "Vətəndaşlardan xahiş edirik ki, qaydalara ciddi əməl etsinlər. Həmçinin tibbi maskadan istifadə etmək zəruridir. Ümid edirik ki, tezliklə bu xəstəlik ölkəmizdə olmayacaq."
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man