Yardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə Fındıqlı-Qışlaq kəndi ərazisində baş verib.
Məlumata görə, kənd sakini Q.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobili otlaq sahəsində aşırıb. Nəticədə sərnişini olan oğlu Siyasət hadisə yerində ölüb.
Özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man