Karantini evdə keçirmək rahatdır, yoxsa 38 dərəcə istidə günəşin altında? - FOTO - VİDEO

İctimai nəqliyyat 14 İyun 2020 | 16:13
OXUNUB: 3023

İki günlük sərt karantin rejimi bu dəfə daha isti vaxtlara təsadüf edir. Adətən belə havalarda insanlar evdə kondisioneri yandırıb çölə çıxmamağa üstünlük verirlər. Amma zəruri ehtiyac həmişə kimlərinsə istidə, şaxtada çöldə olmasına səbəb olur. Bu dəfə paytaxt Bakı və iri şəhərlərdə yanaşı ölkənin ən isti rayonları hesab edilən Salyan, Kürdəmir və Yevlaxda da sərt karantin rejimi elan olundu. İndi bir anlıq təsəvvür edək ki, bu cür havada, günorta vaxtı günün altında ayaq üstə dayanıb xidmət aparırsan. Bəlkə də kənardan bu asan görünə bilər. Amma daim yolların keşiyində olan yol polisləri hazırda bu cür vəziyyətdədir. Evdə sərin yerdə əyləşib, qarşında buz kimi limonadla karantin keçirməklə, günün altında dayanıb bizim sağlamlığımız üçün çalışanları yan-yana qoyaq. Təbii ki, bu mənzərədə həmin insanlara bir söz demək olar. "Əhsən sizə, təşəkkür edirik." 
Bu insanlar bizdədir, bizim xalqın nümayəndəsi, sabah formanı çıxardanda hər birimiz kimi sadə vətəndaşdır. Amma bir çox hallarda onları tənqid edirlər. Qəribədir ki, çətinliyə düşəndə də məhz bu uniforma altında olan şəxslərə müraciət edirik. 
Təbii ki, yuxarıda qeyd etdiyimiz kimi bizlərdən biri olan polisin də içində neqativ hallara yol verənlərin olması təbiidir. Lakin bircə anlıq düşünək. Əgər biz də bütün günü ayaq üstə, günün altında, bəlkə də saatlarla ac-susuz qalaraq işləsək və yorğun halda qayıdan zaman bütün günü uğrunda əziyyət çəkdiyimiz birindən ağır bir siz eşitsək necə olarıq? 

Sizcə karantini evdə keçirmək rahatdır, yoxsa 37-38 dərəcədə istidə günəşin altında?

Avtosfer.az bu gün sərt karantin rejimi tətbiq olunmuş 9 şəhər və rayonda yol polislərinin xidmətini əks etdirən fotoları təqdim edir:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man