"Paytaxtda tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır." Avtosfer.az xəbər verir ki, bunu ARB televiziyasına müsahibəsində İdarənin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Toğrul Nəsirli deyib. Onun sözlərinə görə, yol polisi paytaxt küçələrində həm postlarda, həm də şəhər daxilində xidmətini davam etdirir. "Bu vaxta qədər ciddi bir qayda pozuntusu qeydə alınmayıb. Yalnız icazəsi olan şəxslər şəhər ərazisində hərəkət edir. Müvafiq olaraq sürücülərin sənədləri yoxlanılır."
Toğrul Nəsirli bildirib ki, isti hava şəraiti ilə əlaqədar olaraq xidmət aparan yol polislərinin su və qida təminatı da həyata keçirilir.
Toğrul Nəsirli Bakı şəhər Dövlət Yol Polisi İdarəsi adından vətəndaşlara müraciət də edib. "Vətəndaşlardan xahişimiz budur ki, karantin qaydalarına ciddi əməl etsinlər və bu çətin günlərdə səbr nümayiş etdirsinlər."
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man