Sərtləşdirilmiş karantin rejiminə görə bəzi vətəndaşlar Bakını tərk etməyə çalışıb. Avtosfer.az xəbər verir ki, bu səbəbdən karantin postlarında uzun növbələr yaranıb. Sürücülər qarışıqlıqdan istifadə edərək qaydaları pozmağa çalışıblar. Belə ki, Şamaxı istiqamətdə olan karantin postundan 90 VK 511 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobilin sürücüsü torpaq yoldan istifadə edərək keçib. Eyni zamanda alternativ yollardan istifadə edən sürücülər də nəzərdən yayınmağa çalışsalar da polis əməkdaşları onları saxlayıb. Video görüntüləri təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man