Yük maşını bazarda satıcıların üzərinə aşdı; 5 ölü, 5 yaralı - FOTO

Yol qəzaları 13 İyun 2020 | 12:04
OXUNUB: 887

Vyetnamda yük maşınının bazarda satıcıların üzərinə hərəkət etməsi nəticəsində 5 nəfər ölüb, 5-i isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 13-də səhər saatlarında Daknonq əyalətində qeydə alınıb. Bu barədə “VN Express” nəşri məlumat yayıb.

Məlumata görə, iki yük maşınının toqquşmasından sonra nəqliyyat vasitələrindən biri sürücünün idarəetməsindən çıxaraq əvvəlcə yol kənarında park edilmiş motosikletlərə çırpılıb, daha sonra isə bazarın içərisinə hərəkət edərək aşıb və bir neçə satıcını əzib.

Bildirilir ki, 3 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər isə xəstəxanaya çatdırılıb. Daha 2 nəfər isə orada dünyasını dəyişib.

Ölənlərin hamısı 43-60 yaş arası qadın satıcılardır.

Dakmil dairəsinin sədrinin sözlərinə görə, qəzanın yük avtomobilinin təkərinin boşalması səbəbindən baş verdiyi ehtimal edilir.

Hazırda sürücü saxlanılıb, ondan narkotik və sərxoşluq testi üçün nümunələr götürülüb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man