Rusiyanın paytaxtı Moskvada minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza “Miçurin” prospektində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü, idarə etdiyi qeydiyyat nömrə nişansız “BMW” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirərək elektrik dirəyinə çırpıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man