Bakıda qaydaları pozaraq avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, Ağa Ədalət oğlu Ağakişiyev 10 LV 026 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edərək ətrafa təhlükə yaradıb.
O, paytaxtın girişində, Salyan şossesində bir neçə dəfə idarə etdiyi avtomobili iki təkər üzərinə qaldırıb.
Eyni zamanda avtomobilin arxa yaylarına müdaxilə edilərək konstruksiya dəyişikliyi də olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, bu gün sürücü barəsində toplanmış materiallara aidiyyəti üzrə Qaradağ rayon məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Ağa Atakişiyev sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla 20 gün inzibati qaydada həbs olunub.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man